waplog

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyeri qəbul edib


Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəyə malik olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı informasiya və kommunikasiya texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini vurğuladı.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Kommunikasiya və İnformasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet İdarəçilik Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə etdi. Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayan Filip Verveyer tədbirdə ABŞ-dan bir çox rəsmi şəxslərin iştirak edəcəyini bildirdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL