waplog

"iPad mini" satışa çıxarılıb


"Apple" şirkəti noyabrın 2-də "iPad mini" və dördüncü nəsil "iPad" planşetlərinin satışlarına başlayıb. Qurğular ilk olaraq Yeni Zelandiya və Avstraliya yerləşən mağazalarda satışa çıxarılıb.


"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "iPad mini" planşetini hələlik 34 ölkədə satın almaq mümkün olacaq. Planşetin satışlarına start verilən zaman "Apple Store" mağazasının qarşısında olan "CNET Australia"nın müxbiri qeyd edib ki, "iPad mini" planşeti "iPhone 5" ilə müqayisədə daha az ajiotaja səbəb olub.

ABŞ-da "iPad mini" planşetinin qiyməti daxili yaddaşın tutumundan (16-dan 64 qiqabayta qədər) və mobil modulun mövcud olub-olmamasından asılı olaraq 329-659 dollar arasında dəyişilir.

Dördüncü nəsil "iPad" planşetinin qiyməti isə 499-829 dollar arasındadır. Bundan başqa, ikinci nəsil 16 QB daxili yaddaşa malik "iPad" planşeti də satışda saxlanılır: onu 399-529 dollara satın almaq olar. Xatırladaq ki, "iPad mini" planşetində ekranın diaqonalı 7,9 düymdür. Hər iki planşet "A5" prosessoru ilə təchiz edilib.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL