waplog

DQMK namizədləri test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktubla məlumatlandıracaq


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 7, 14, 17 avqust, 6 sentyabr və 5, 24 oktyabr 2012-ci il tarixlərində elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi 2012-ci il noyabrın 12-dən başlayır.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. “ICTnews” elektron xəbər xidmətinin DQMK-ya istinadən verdiyi məlumata görə, komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

 Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatları üzrə nəzərdə tutulub. Test imtahanı qrafikinin ardı 2012-ci il noyabrın 21-dək komissiyanın internet saytında yerləşdiriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə DQMK-nın saytında ətraflı tanış olmaq olar.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL