waplog

Kim Dotkom yeni zelandiyalıları pulsuz internetlə təmin etmək istəyir


“Megaupload” fayl mübadilə xidmətinin həmtəsisçisi Kim Dotkom Yeni Zelandiyanın bütün sakinlərini pulsuz genişzolaqlı internetlə təmin edəcəyinə söz verib. Məşhur iş adamı “Pacific Fibre” layihəsini bərpa etməyi fikirləşir. Qeyd edək ki, bu layihə əsasında Yeni Zelandiya və ABŞ-ı birləşdirən və Sakit okeanın dibindən keçəcək fiber-optik kabel çəkmək nəzərdə tutulmuşdu.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, layihənin qiyməti təxminən 320 milyon dollar dəyərində qiymətləndirilir. Maliyyə çatışmazlığına görə işlər avqustda dayandırılıb. Hazırda Kim Dotkom bu işi öz üzərinə götürməyə qərar verib.

Əgər o, layihəni başa çatdıra bilsə, Yeni Zelandiyada şəbəkənin keçirtmə qabiliyyəti 2 dəfə artacaq, ölkənin bütün sakinləri isə internetə pulsuz çıxış imkanı əldə edəcəklər.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL