waplog

Patent alınması üçün müraciətlərin qəbulu elektron şəkildə həyata keçiriləcək


Patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Bakıda keçirilən “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda iki günlük seminarda çıxışı zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov deyib.

Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən də danışan mərkəz rəhbərinin sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunmaqdadır.

Bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsinin ölkəmizdə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. “Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək” - deyə, M.Y.Seyidov qeyd edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL