waplog

21 dollarlıq hind planşeti təqdim edildi (VİDEO)


Hindistanda tələbələr üçün nəzərdə tutulmuş “Aakash” planşetinin ikinci versiyası təqdim edilib. Planşet “Android” platforması ilə işləyir. 7 düymlü qurğunun qiyməti 21 dollar təşkil edir. O, 1 QHs takt tezliyində işləyən “Cortex A8” prosessoru, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, “microSD” yaddaş kartları üçün slot və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, planşetin təqdimat mərasimini prezident Pranab Kumar Mukerci keçirib. Qurğu 244 texniki kollecin tələbələri arasında “Aakash in Education” layihəsi çərçivəsində paylanacaq.“Aakash” planşetinin SİM kartla olan ticari versiyası 54, “3G” modullu versiya 81 dollara satılır.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL