waplog

Elektron ədliyyənin inkişafı müzakirə edilib


Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə baş direktorluğunun rəhbəri Filip Buaya ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında sıx əlaqələrin olduğunu söyləyən nazir ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan demokratik dəyişikliklərdən, o cümlədən məhkəmə islahatlarından, hakimlərin ən şəffaf seçimindən bəhs edib, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin beynəlxalq təşkilatlar tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulayıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin  məlumatında deyilir.
Söhbət zamanı Vyanada Avropa ədliyyə nazirlərinin konfransında keçirilmiş ikitərəfli görüşdən məmnunluq ifadə olunub, habelə elektron ədliyyənin inkişafı, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, açıq hökumətin təşviqi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə qərarlarının icrası üzrə işlər qeyd olunub.  Həmçinin Azərbaycan Prezidentinin qəti siyasi iradəsi ilə korrupsiyanın qarşısının alınmasına dair tədbirlərdən, o cümlədən yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışılıb.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL