waplog

Yeni “CNet 3G router CQR 981” artıq Azərbaycan bazarındadır


İnternetə qoşulmaq üçün yeni “3G” modem - “CNet 3G router CQR 981” artıq Azərbaycan bazarındadır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə “KÜR” EAİ MMC-nin direktoru Rizvan Osmanov məlumat verib.

Onun sözlərinə görə, “router” yeni “3G” və 3.5 modemləri, yəni DATA kartları dəstəkləyir: “Eyni zamanda onun USB gücləndirici vasitəsilə işləmək imkanı var. Belə ki, enerjini birbaşa USB ilə kompüterə qoşub işlətmək mümkündür. “CQR-981”-in digər üstünlüklərinə gəlincə, o, portativ simsiz -“N 3G/4G router”dir.

Harada olmağınızdan asılı olmayaraq, öz “Wi-Fi hotspot”-unuzu yarada bilərsiniz.  İstənilən yerdə “desktop”, “laptop”, “tablet PC” və smartfonlardan rahatlıqla “Wi-Fi” -ya bağlana bilərsiniz. USB portdan güc çəkmə xüsusiyyətinə malik olan “CQR 981” yüksək sürətə malikdir və bu sürət 300 Mbps təşkil edir”.


 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL