waplog

“Google” daxili tozsorana malik çox sürətli skaner təqdim edib (VİDEO)


“Google”-un mühəndisi 1000 səhifəlik kitabı təxminən 90 dəqiqə ərzində rəqəmləşdirməyə imkan verən çox sürətli skaner nümunəsi təqdim edib. Qurğunun iş prosesindən əvvəl sazlanması 40 saniyə vaxt alır, bundan sonra operatorun müdaxiləsi tələb olunmur, çünki səhifələrin çevrilməsi üçün məişət tozsoranından istifadə edilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Google” korporasiyası digər bəzi iri şirkətlər kimi əməkdaşlarına iş vaxtının 20 faizini şəxsi layihələrinə sərf etməyə icazə verir. Mühəndis də bu imkandan yararlanaraq belə həll təqdim edib.

Skanerin quraşdırılması 1500 dollara başa gəlib. Mühəndis hesab edir ki, onun analoqunu hər kəs yarada bilər. Sənədlər açıq girişdə yerləşdirilib və lisenziyalaşdırma tələb etmir.
 


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL