waplog

TQDK-nın təqdim etdiyi 3 e-xidmət Elektron Xidmətlər Portalına inteqrasiya edilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komissiyanın nəşrlərinin elektron versiyalarının satışı sistemi və virtual ödəmə kartlarının “Goldenpay”  və “Netmoney”  vasitəsilə  satışı  xidmətləri portala inteqrasiya edilib.

TQDK-nın nəşrlərinin elektron versiyalarının satışı sistemi vasitəsilə  “Abituriyent” və “Magistr” jurnalları və sair metodiki vasitələri  əldə etmək olar.

TQDK-nın virtual ödəmə kartlarının “Goldenpay”  və “Netmoney”  vasitəsilə  satışı  xidmətləri ilə elektron ərizə vermək və sınaq imtahanlarına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarının elektron satışı mümkündür.




CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL