waplog

İsveçrədə avtonom köpüklü ev yaradılıb (VİDEO)


İsveçrənin "Micasa Lab" şirkətində çalışan mühəndis və dizaynerlərin birgə işinin nəticəsi bir insanın yaşamasına nəzərdə tutulmuş "Cocoon 1" adlı xüsusi köpüklü ev olub. Belə "mənzil"in diametri cəmisi 180 santimetr təşkil edir və ona görə də qonaq qəbul etmək mümkün deyil.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, köpüyün alt hissəsi yumşaq materialdan hazırlandığından oturmaq və yatmaq mümkündür. "Cocoon 1" köpüklü evi işıqlandırma üçün lampa, "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz edilib. Avtonom "qida" bloku 40 saatlıq işıqlandırmanı təmin edir.

Xüsusi bərkitmə vasitəsilə "Cocoon 1" köpüklü evini ağacdan asmaq mümkündür. Qeyd edək ki, ağac hündür və möhkəm olmalıdır, çünki köpüklü evin çəkisi 97 kiloqrama bərabərdir. "Micasa Lab" şirkətinin mütəxəssisləri hazırladıqları "avtonom evi" artıq cari ildə satmağa başlamağı planlaşdırırlar. Onun qiyməti 3000 min dollar təşkil edəcək.
 
 

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL