waplog

“Cisco” şirkəti mədaxil və mənfəətini artırıb


“Cisco” şirkəti oktyabrın 27-də başa çatmış 2013 maliyyə ilinin birinci rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, şəbəkə avadanlığının aparıcı istehsalçılarından biri olan “Cisco” 3 ay ərzində 11,9 milyard dollar mədaxil əldə edib. Bu nəticə ötənilki göstəricidən 5.5 faiz çoxdur.

Şirkət böyük korporativ sifarişçilər seqmentində tələbatın bərpa olunmasını qeyd edib. Xalis mənfəət 18 faiz artaraq 2,1 milyard dollara bərabər olub. 1 səhmin qiyməti isə 39 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 33 sent olmuşdu.

Qeyd edək ki, “Cisco” göstəricilərinin yaxşılaşması ötən il başlanmış yenidənqurma sayəsində mümkün olub. O zaman şirkət 6500 insanın və ya heyətin təxminən 9 faizinin ixtisar edilməsi haqqında elan etmişdi.
Hesabatın dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 7,1 faiz artaraq 18,04 dollar təşkil edib.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL