waplog

Böyük Britaniya BDU-nun Nanotexnologiyalar sahəsində nailiyyətləri ilə maraqlanır


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Böyük Britaniyanın Elm və İnnovasiya Şəbəkəsinin nümayəndələrini - şəbəkənin Almaniyadakı rəhbəri Kənan Poleonu və Şəbəkənin Türkiyədəki əməkdaşı Başak Candemiri qəbul edib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Universitetdən bildirilib ki, qonaqların Azərbaycana səfərlərinin məqsədi ölkənin aparıcı elm mərkəzləri ilə əməkdaşlıq qurmaq üçün görüşlərin keçirilməsidir.

Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək, universitetdə elm və təhsilin inkişafı barədə də danışıb. Abel Məhərrəmov BDU-da nanotexnologiya sahəsində əldə olunan nailiyyətlər barədə  bəhs edib. O cümlədən, İSESKO-nun universitetə verdiyi böyük qiyməti vurğulayıb.

Kənan Poleo, öz növbəsində,  universitetlə, həmçinin nanotexnologiyalar sahəsində əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq arzusunu ifadə edib. Görüşdə iştirak edən Böyük Britaniya səfirliyinin müşaviri Adrian Li səfirliyin universitetlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Daha sonra qonaqlar tədris və elmi-tədqiqat  laboratoriyalarında olublar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL