waplog

Şakira sosial şəbəkələrdə Azərbaycan futbolçuları ilə keçirdiyi görüşlə bağlı video paylaşıb (VİDEO)


Dünya ulduzu Şakira sosial şəbəkələrdə öz rəsmi internet səhifəsində Azərbaycana səfəri zamanı keçirdiyi görüşlə bağlı video paylaşıb.

"UNICEF"-in xoşməramlı səfiri Şakira təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün "UNICEF" tərəfindən dəstəklənən 17 yaşınadək oyunçulardan ibarət Azərbaycan futbol liqasının bir qrup yeniyetmə qızları ilə görüşüb.

Görüşdə  təhsilin əhəmiyyəti və onun qızların inkişaf etməsinə necə yardım etməsi haqqında danışılıb. Həmçinin, dünya şöhrətli müğənni və bəstəkar, "Pies Descalzos" və "ALAS" fondlarının yaradıcısı, eləcə də təhsilin qlobal səviyyədə təşviqatçısı olan Şakira sağlam yaşam tərzinin vacibliyinin, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL