waplog

“Ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsinə başlanılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunması və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyi münasibətilə “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi peşə yarışmasının həlledici mərhələsi başlayıb. Bu gün Abşeron Telekommunikasiya Qovşağında və poçt filialında final mərhələsi başlayıb.

Yarışlar telekommunikasiya üzrə ən yaxşı montyor, ən yaxşı kabel lehimləyicisi və ən yaxşı kross işçisi üzrə, poçt rabitə sahəsi üzrə isə ən yaxşı əməliyyatçı və ən yaxşı poçtalyon nominasiyaları üzrə keçirilir.Qeyd edək ki, Naxçıvan MR üzrə seçilən ən peşəkar rabitəçilər də bu yarışmada iştirak edir.






RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL