waplog

“Azercell” şəbəkəxarici zənglərə 50 faiz endirim edib


"Azercell Telekom" MMC şəbəkəxarici zənglərə endirim kampaniyasına başlayıb. İndi "Azercell" abunəçiləri 50% endirimlə şəbəkəxarici zənglər edə biləcəklər. Sözügedən kampaniyadan həm “Sim-Sim”, həm də “Azercell Fakturarlı Xətt” abonentləri yararlana biləcəklər.

Şirkətdən verilən məlumata görə, noyabrın 16-dan dekabrın 20-dək davam edəcək kampaniyaya abunəçilər avtomatik qoşulacaq. Abunəçilər şəbəkəxarici 50% endirim kampaniyasından yalnız ölkədaxili zənglər üçün istifadə edə biləcəklər. Eyni zamanda, “GəncSim” və “Bölgə” tarifində olan abunəçilər də avtomatik olaraq bu kampaniyada iştirak edəcəklər."Tələbə 1-liyi" tarifindən istifadə edən abunəçilər bu kampaniyadan yararlana bilməyəcəklər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL