waplog

Tələbələrin kompüter elmləri sahəsi üzrə bilikləri yoxlanılıb


“Qafqaz Universitetində Tələbələrin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin Azərbaycan birinciliyi keçirilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, “ACM International Collegiate Programming Contest (ICPC)” “IBM” şirkəti tərəfindən maliyyələşdirilən, ACM tərəfindən təşkil olunan və mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə çoxpilləli müsabiqədir.

Bu müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir. Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar “ACM-ICPC” Dünya finalında iştirak etmək hüququ əldə edir. Bu müsabiqədə iştirakçıların sayı 6 qitədən 80-dən artıq ölkənin 2000-ə yaxın universitetindən olan kompüter elmləri sahəsində minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artmaqdadır.

Müsabiqə əsasən 3 mərhələdə aparılır. Birinci mərhələ - 1/4 final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi müxtəlif regionlarda keçirilir. Final mərhələsi isə konkret bir ölkədə reallaşdırılır. Müsabiqə yaradıcılığa, qrup fəaliyyətinə və yeni proqramların hazırlanmasında innovasiyalara səbəb olur, həmçinin tələbələrə “təzyiq” altında öz qabiliyyətlərini nümayiş etdirmələrinə kömək

edir. Başqa sözlə, bu, dünyada proqramlaşdırma üzrə ən möhtəşəm, prestijli, 37 illik tarixçəsi olan bir müsabiqədir.

Azərbaycan komandaları bu müsabiqələrdə 2005-ci ildən başlayaraq mütəmadi olaraq iştirak  edir. İndiyə qədər Azərbaycanı Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil ediblər. Qafqaz Universitetinin komandaları 1/4 final mərhələsində dəfələrlə müvəffəqiyyət qazanaraq 2005-ci ildən bəri Azərbaycanı təmsil edirlər.

“Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (VIII Azərbaycan Çempionluğu) Qafqaz Universitetində keçirilib. Müsabiqədə 35 komanda iştirak edib. Yarışın nəticələrinə görə, 12 komanda 2 dekabr 2012-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanıblar.
Qeyd edək ki, müsabiqənin ilk 3 yerini Qafqaz Universitetinin 3 komandası tutub.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL