waplog

Geyim mağazalarındakı manekenlər kameralarla təchiz edilir


İtaliyanın “Benetton” geyim istehsalçısı mağazalarında daxili kameralar vasitəsilə ziyarətçiləri müşahidə edəcək manekenlər quraşdıracaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, manekenləri “Almax SpA” şirkəti hazırlayıb. Onlar “EyeSee” adlandırılıb. Kamera manekenin gözlərindən birinə quraşdırılıb;  ziyarətçi onu görmür. Kişi, qadın və uşaq manekenləri mövcuddur, bir fiqurun qiyməti təxminən 4 min avro təşkil edir.

Kameralar mağaza ziyarətçiləri haqqında məlumatın toplanılması üçün nəzərdə tutulub. Manekenin gözünə quraşdırılmış kameradakı təsvir şəxslərin tanınması üçün proqram təminatı quraşdırılmış kompüterə ötürülür. Təsviri təhlil edən proqram ziyarətçilərin cins, yaş və irqini müəyyən edə bilir.

Qeyd edək ki, birinci “EyeSee” manekenləri ötən ilin dekabrında təqdim edilmişdi və onları sınaqdan keçirmək üçün bir sıra ticarət nöqtələri iştirak etmişdilər. “Almax” şirkəti sonrakı manekenlərə nitqin tanınmasını öyrətməyi planlaşdırır. Nəticədə mağaza sahibləri maneken üzərindəki geyimin ziyarətçilərin xoşuna gəlib-gəlmədiyini biləcəklər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL