waplog

“Samsung”un flaqman smartfonlarının rəngli versiyaları işıq üzü görəcək


“Samsung” şirkəti smartfonların rəngli versiyalarını təqdim edəcək. Bundan əvvəl bildirilmiş məlumata əsasən, şirkət “Galaxy Note II” və “Galaxy S III Mini” smartfonları üçün yeni rəng həlləri hazırlayır. Koreyalıların, həmçinin “Galaxy S III”, “Galaxy S Duos”, “Galaxy Ace 2” və “Galaxy Ace Duos” smartfonlarının rəngli versiyalarını istifadəyə verəcəyi gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu telefonların yeni versiyaları 2013-cü ilin yanvarında “La Fleur” xəttinin davamı kimi bazara çıxarılacaq. “La Fleur” “Samsung”un qadın auditoriyası üçün nəzərdə tutulmuş smartfonlar seriyasıdır.

“Galaxy S III”, “Galaxy S Duos”, “Galaxy Ace 2” və “Galaxy Ace Duos” smartfonlarının “qadın” versiyaları əksər ölkələrdə əlçatan olacaq. Lakin hələlik onların çıxarılma tarixi və qiyməti məlum deyil.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL