waplog

“Microsoft” şirkəti “ağıllı” eynək istehsal edə bilər


“Microsoft” şirkətinin ABŞ-ın Patent İdarəsinə (USPTO) təqdim etdiyi ərizədə “ağıllı” eynək təsvir edilir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” şirkətinin istehsalı olan “Project Glass” eynəyindən fərqli olaraq, “Microsoft”un qurğusu sürəkli taxma üçün nəzərdə tutulmayıb.

İstifadəçinin belə eynəklərdən əlavə izahat lazım olan hallarda istifadə etməyi nəzərdə tutulub. “Microsoft” şirkəti nümayəndələrinin fikrincə, ictimai tədbir, konsert və ya idman yarışları buna misal ola bilər. Məsələn, eynək idman yarışlarında komanda və oyunçuların statistikasını, hesabı, oyunçuların adlarını əks etdirə bilər.Eynək kamera, mikrofon və dinamiklə təchiz edilə bilər.

ABŞ-ın patent şöbəsi ərizəni noyabrın 22-də dərc edib.Xatırladaq ki, “Microsoft” şirkəti sənədi idarəyə 2011-ci ilin mayında göndərmişdi.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL