waplog

“LG” 55 düym “OLED” ekranların istehsalına başlayacaq


Cənubi Koreya şirkəti “LG” 2012-ci ilin ikinci yarısına 55 düym “OLED” televizorlarını təqdim etməyə söz verib. Belə gözlənilməz bəyanatı “LG Display” şirkətinin baş direktoru Von Yanq-Su şirkətin rüblük hesabatından sonra öz çıxışında bildirib.
Cənab Von qeyd edib ki, yalnız kiçik və orta ölçülü “OLED” ekranlar seqmentində səy göstərməyi davam etdirməkdə heç bir məna görmür. "Kiçik ölçülü “OLED” ekranlarının digər mobil məhsullarla müqayisədə az faydalı olduğunu nəzərə alaraq, biz bu sektorda investisiyaların genişləndirilməsindən imtina etməyə qərar verdik" – “LG Display” şirkətinin rəhbəri bildirib.
Bunun əvəzinə şirkət öz səylərini orqanik işıq saçan diodların tətbiqi ilə böyük ekranların yaradılmasına cəmləmək və 2012-ci ilin ikinci yarısında 55 düym “OLED” televizorların istehsalına başlamaq niyyətindədir.


www.dailycomm.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL