waplog

POS-terminalların elektron qaydada qeydiyyata alınması və qeydiyyatdan çıxarılması müzakirə edilib


Azərbaycanın Mərkəzi Bankının və Vergilər Nazirliyinin birgə iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı əsasında təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın tətbiqi ilə bağlı görüş keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Görüşdə kommersiya banklarının və kart prosessinq təşkilatlarının nümayəndələrinə POS-terminalların elektron qaydada qeydiyyata alınması və qeydiyyatdan çıxarılması məsələləri üzrə hazırlanmış proqram təminatından istifadə edilməsi, bank ekvayer tərəfindən POS-terminalların quraşdırılmasından imtina proseduru haqqında ətraflı məlumat təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı həmçinin, yeni Qaydaların tətbiqi zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarına, POS-terminalların ölkə üzrə mərhələlərlə quraşdırılmasına və digər məsələlərə də toxunulub.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL