waplog

Naxçıvanda dövlət strukturları arasında müasir telekommunikasiya şəbəkələri qurulur


 Naxçıvan Muxtar Respublikasında dövlət strukturları arasında müasir telekommunikasiya şəbəkələri qurulur. Naxçıvanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun "ICTnews"a verdiyi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bütün dövlət strukturları arasında şəbəkə qurulub.

Nəticədə strukturların müasir telekommunikasiya xidməti ilə yanaşı, multimedia xidmətlərinə çıxışı daha da asanlaşdırılıb, daxili intranet şəbəkələrinin yaradılmasına şərait yaradılıb. "Bütün bu işlər Naxçıvanda "E-hökumət" layihəsinin tərkib hissəsi kimi həyata keçirilir".

Qeyd edək ki, hazırda Muxtar Respublikaya daxil olan internet kanalının həcmi 512 mb/s-dək artırılaraq bütün rayon mərkəzləri və iri yaşayış məntəqələrində genişzolaqlı internetə çıxış yaradılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL