waplog

Samsung Apple-dan oğurluq edib?


IPhone smartfonunun dizaynının kopyalanması haqqında Apple və Samsung arasındakı uzanan “müharibə” yeni mərhələyə qədəm qoyub. San-Xose şəhərinin hakimi Lüsi Kox Samsungdan yeni smartfon və planşetlərin prototiplərini verməyi tələb edib. Beləliklə, Apple şirkətinin vəkilləri Samsung-un son hazırlanan məhsulu ilə İphone-un oxşarlığını ayrıd edəcəklər.
Samsung şirkətinin qarşı tərəfə təqdim edəcəyi qurğular sırasına Samsung Galaxy S II, Galaxy Tab 8.9, Galaxy Tab 10.1, Infuse 4G və Droid Charge daxildir. Apple nümayəndələri həm xarici görünüşü, həm də Touchwiz UI istifadəçi interfeysinin xüsusiyyətlərini diqqətlə öyrəndikdən sonra iPhone, iPad və iPod Touch elementlərin oxşarlıqları haqqında son fikri söyləyəcəklər.
Apple-ın iddeyalarına cavab olaraq Samsung dərhal bir neçə ölkədə (Cənubi Koreya, Yaponiya və Almaniya) şəxsi patentlərin pozulması haqqında qarşılıqlı iddia irəli sürüb.



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL