waplog

Dünyada ən kiçik radar çipi yaradılıb


Almaniyalı mühəndislərin 8x8 millimetr ölçüsündə yaratdıqları “Success” adlı kiçik çip radar funksiyasını həyata keçirir. O, 120 QHs tezlikdə işləyir və 3 metr radiusda obyektlərə qədər məsafəni 1 millimetr dəqiqliklə təyin edə bilir. Radar, həmçinin hərəkət edən obyektlərin sürət və hərəkət trayektoriyasını müəyyən edərək onları "görür".

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, qurğunun maya dəyəri 1 avroya bərabərdir. Çipin ölçüsü kiçik olduğuna görə onu smartfon və digər mobil cihazlara quraşdırmaq mümkündür. Beləliklə, smartfonlarda radar funksiyası meydana çıxacaq.

“Success” qurğusu ilə artıq yalnız mobil elektronika deyil, həm də müxtəlif məişət texnikası istehsalçıları maraqlanırlar.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL