waplog

“Bakcell”in “Mançester Tətilləri” kampaniyasının qalibləri müəyyən olundu


Azərbaycanın aparıcı mobil internet provayderi və bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan “Bakcell” şirkətinin “Mançester Tətilləri” kampaniyası başa çatıb. Oktyabrın 25-i başlayan və bütün “Bakcell” abunəçilərinə “Mançester Yunayted”in ev stadionu və dünyanın ən məşhur stadionlarından biri olan “Old Trafford”da futbol həyəcanını yaşamaq imkanı yaradan “Mançester Tətilləri” kampaniyasına SMS qəbulu 25 noyabr tarixində yekunlaşıb. Kampaniyanın qalibləri “Bakcell” şirkətinin baş ofisində təşkil olunan onlayn püşkatmada  seçilmişdir. Püşkatmanı canlı izləmək və qaliblərin adlarını ilk bilənlərdən olmaq üçün “Bakcell”in rəsmi internet səhifəsi “www.bakcell.com, eləcə də “Bakcell”in “Facebook” səhifəsində xüsusi link yerləşdirilib.








RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL