waplog

Bakıda Lütfi Zadənin irsinə həsr olunmuş elmi konfrans keçiriləcək


Dekabrın 3-5-də Bakıda Lütfi Zadə irsinə həsr olunmuş «Soft Computing» üzrə ikinci beynəlxalq elmi konfrans keçiriləcək. Açılışı Azərbaycan Texniki Universitetində baş tutacaq konfrans «Kempenski» mehmanxanasında davam etdiriləcək.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə məlumat verən Azərbaycan Texniki Universitetinin dosenti, konfransın təşkilat komitəsinin rəhbəri Şahnaz Şahbazova bildirib ki, tədbirə dünyanın bir sıra ölkələrindən 68 nüfuzlu alim qatılacaq: «Lütfi Zadənin prezentasiyası da daxil olmaqla 13 xarici  məruzəçi dinləniləcək. Tədbirə Amerika, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan qonaqlar qatılacaq".  Qeyd edək  ki, birinci konfrans 2011-ci ildə may ayının 24-26-da San-Fransiskoda baş tutub və bu konfrans Lütfi Zadənin 90 illiyi ilə bağlı keçirilib. Sözügedən tədbir  həmin konfransın davamıdır.Ş.Şahbazova bildirib ki, konfrans üçün təqdim olunan  128 elmi məqalədən 118-i qəbul olunub. Onun sözlərinə görə, həmin məqalələrdən 93-ü çap edilib.


SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL