waplog

“Azərsu” Abşeronda smart-kart sayğaclarının quraşdırılmasını davam etdirir


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasının kənd və qəsəbələrində sayğaclaşma işlərini davam etdirib. Cari ilin 9 ayında rayon üzrə 4776 əhali və qeyri-əhali qrupu abunəçisi sayğaclarla təmin olunmuşdur. Quraşdırılan  sayğacların 400-ə qədəri smart-kart tipli sayğaclardır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, ümumilikdə rayon üzrə sayğaclaşma səviyyəsi 51,5 faiz təşkil edir: "Hazırda smart-kart sayğacların quraşdırılması davam etdirilir. "Abşeron Sukanal" İdarəsi 60560 abunəçiyə xidmət göstərir. Bunlardan 59566-sı əhali, 994-ü qeyri-əhali qrupu abunəçisidir".
 





 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL