waplog

QHT-lərin layihələri elektron qaydada qəbul ediləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elektron hesabatların qəbulu və layihələrin elektron formada verilməsi üzərində işləyir.

“ICTnews ” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri sözügedən şuranın sədri Azay Quliyev söyləyib. O bildirib ki, artıq şuranın əməkdaşları ilə hər hansı təmas minimuma endiriləcək.

Qeyri-hökumət təşkilatlarının (QHT) internet vasitəsilə də ərizələrini verə biləcəklərini vurğulayan A.Quliyevin sözlərinə görə, bu yaxınlarda onun ilk sınağı da keçiriləcək: «Hesab edirik ki, bu, vaxt itkisinin qarşısını alacaq, birbaşa təmasları azaldacaq və fəaliyyətimizə müsbət təsir göstərəcək".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL