waplog

Kompüter neyrokontrolleri 2013-cü ilin yazında satışa çıxarılacaq


"InteraXon" şirkəti bəyan edib ki, "Muse" neyrokontrolleri 2013-cü ilin yazında satışa çıxarılacaq. Kompüteri düşüncənin gücü ilə idarə etməyə imkan verən qurğunun qiyməti 199 dollar təşkil edir. "Muse" neyrokontrolleri kompüterə "Bluetooth" modulu vasitəsilə qoşulur.

Tədarük dəstinə bir neçə oyun və hazırlama alətləri daxildir. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Muse" başa bərkidilən və məlumatları real zaman rejimində elektroensefaloqrafiya üsulu vasitəsilə əldə etmək üçün datçikdən istifadə edən kiçik qurğudur.

Kontroller göstəriciləri "oxuduqdan" sonra kompüterə və ya digər elektron qurğuya əmrlər göndərir. "Muse" neyrokontrolleri hələ ki məhdud imkanlara malikdir, lakin istehsalçılar onu təkmilləşdirməyi planlaşdırırlar.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL