waplog

Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd edir


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə artıq altı ildir ki, hər il 6 dekabr tarixi "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü" kimi qeyd olunur. 6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsi 131 illik tarixi inkişaf yolu keçmişdir.

Bu münasibətlə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyacaqlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzüləcək, rabitəçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoyacaqlar.

Daha sonra rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı, Azərbaycanda telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirliyin birlik və müəssisələrində tədbirlər keçiriləcək. Eyni zamanda, RİTN tərəfindən "Rabitə ustası" və "Fəxri fərman"a layiq görülən rabitəçilər də təltif ediləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL