waplog

Bakıda sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması müzakirə edilir


Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV iclası davam edir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iclasda XXIV Məşvərət Şurasında qəbul edilmiş qərarların icra vəziyyətinin, həmçinin MDB-nin iştirakçısı olan dövlətlərin sosial və əmək sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunması, habelə əmək normaları, iş şəraiti, iş rejimi, iş saatları, peşə standartları və peşələrin qarşlıqlı tanınması, həmçinin əmək, miqrasiya, sosial müdafiə sahəsində milli internet resurslarının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İclasın gündəliyinə "Əlil İdmançılara Belarus Dəstək Milli Fondu"nun əlil arabalarına məhkum olan şəxslərin rəqs və təbiətlə təmas sayəsində sosial reabilitasiyasını nəzərdə tutan tədbirlərinə MDB dövlətlərinin qoşulması məsələsinin, MDB-yə üzv olan iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə saytının yaradılması ilə bağlı hazırlıq işlərinin müzakirəsi də daxildir.

Yekunda Məşvərət Şurasının XXVI iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyinin müəyyənləşdirilməsi də nəzərdə tutulur.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL