waplog

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi vətəndaşlardan sənədlərin elektron qəbuluna başlayıb


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yeni 6 mərtəbəli inzibati binası istifadəyə verilib. Açılış mərasimində iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov burada yaradılmış şəraitlə tanış olub.

 “ICTnews” elektron xəbər xidmətinin FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir əvvəlcə binanın birinci mərtəbəsində yerləşən elektron kitabxana ilə tanış olub. Burada nazir K.Heydərova agentlikdə son illər aparılan elektron sənəd dövriyyəsi, bu sahədə yaradılan proqram təminatı barədə məlumat verilib. Qeyd olunub ki, artıq agentlik vətəndaşlardan sənədlərin elektron qəbuluna başlayıb. Yaradılmış şərait sənədləşmə işlərinin aparılmasında şəffaflığı təmin edir.

Daha sonra nazir binadakı xidməti otaqlara baxıb. Agentliyin rəisi Cəbrayıl Xanlarov bildirib ki, binada işçilərin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bundan başqa binada yeməkxana, idman zalı fəaliyyət göstərir. 

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL