waplog

“Azercell” satışda olan kiçik nominallı kartların sayını artırıb


Son zamanlar “Azercell”in danışıq kartlarına olan tələbatın artması müşahidə olunmaqdadır. Bu, özünü daha çox kiçik nominallı kartlarda büruzə verir. Bunu nəzərə alaraq, abunəçilərin məmnuniyyətinə daim önəm verən “Azercell Telekom” MMC kiçik nominallı danışıq kartlarının sayını artırmaq üçün əlavə tədbirlər görüb. 

Abunəçilər 1, 3, 5, 10, 15 və 25 manat dəyərində olan danışıq kartlarını “Azercell”in istənilən rəsmi dilerlərindən əldə edə bilərlər. 

Qeyd edək ki, danışıq kartlarının qiymətində heç bir dəyişiklik olmayıb. Hər bir kartı üzərindəki nominala uyğun qiymətə “Azercell”in rəsmi dilerlərindən əldə etmək olar.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL