waplog

Yeni dəbilqə 360 dərəcə baxış bucağını əks etdirə bilir (VİDEO)


Fransalı mütəxəssislərin hazırladığı dəbilqə ekranla təchiz edilib və 360 dərəcə baxış bucağını əks etdirməyə "qadirdir". Bu o deməkdir ki, belə dəbilqəni başa taxmaqla siz ətrafınızda nə baş verdiyindən xəbərdar olacaqsınız. Sistem "FlyVIZ" adlandırılıb. Onun çəkisi 1.6 kiloqram təşkil edir. O, dəbilqənin üst hissəsinə bərkidilmiş videokamera ilə təchiz edilib.

Hazırda təsvirin emalı üçün noutbukdan istifadə edilir. İstehsalçıların sözlərinə görə, sistem ilk əvvəl narahat görünür, lakin ona vərdiş etmək üçün cəmisi 15 dəqiqə kifayətdir.   

"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, "FlyVIZ" sistemi Kanadanın Toronto şəhərində keçirilmiş "Virtual Reality Software and Technology" konfransında təqdim edilib.

Sistemin yaradıcıları bildiriblər ki, belə dəbilqə polis əməkdaşları, keşikçilər və yanğınsöndürənlərə gərəkli ola bilər. 

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL