waplog

DGK informasiya texnologiyalarının tətbiqi sahəsində makedoniyalı həmkarlarına yardım edəcək


Dövlət Gömrük Komitəsi (DGK) gələcəkdə informasiya texnologiyalarının tətbiqi (proqram təminatı), gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün lazım olan avadanlıqlar və s. müstəvisində makedoniyalı həmkarlarına mümkün olan köməkliyi əsirgəməyəcəklər.

"ICTnews" elektron xəbər xidmətinə DGK-dan bildirilib ki, bu məsələ dekabrın 11-13 tarixlərində komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Makedoniya Respublikasında rəsmi səfəri zamanı gündəmə gətirilib.

Səfər çərçivəsində DGK-nın nümayəndə heyəti Makedoniya Respublikası Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb, Makedoniya gömrüyünün fəaliyyəti, gömrük əməliyyatlarının modernləşdirilməsi, yeni metod və vasitələrin, müasir informasiya texnologiyalarının və avtomatlaşdırılmış əməliyyatların tətbiqi, həmçinin cinayətkarlıqla mübarizə, biznes cəmiyyəti ilə əməkdaşlıq, ticarət, nəqliyyat və şəffaflıq barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL