waplog

“Şagird-məzun” bazasının formalaşdırılması ilə bağlı seminarlar başlayır


Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-məzun” bazasının formalaşdırılması işinə başlanılıb.

 “ICTnews” elektron xəbər xidmətinə komissiyadan bildirilib ki, bu məqsədlə TQDK ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir.

Seminar-məşğələlər müvafiq cədvəl üzrə keçiriləcək. Belə ki, seminarlar Ağcabədi, Goranboy, Oğuz, Gədəbəy, Ağstafa, Biləsuvar, Şabran, Quba, İmişli, Kürdəmir, Qobustan, Göyçay, Bərdə, Beyləqan (Xocavənd), Balakən, Cəlilabad, Astara, Gəncə (Kəlbəcər, Xocalı), Şamaxı dekabrın 19-da, Şəmkir, Tovuz, Qəbələ, Naftalan, Ağdam (Quzanlı), Neftçala, Siyəzən, Qusar, Saatlı, Hacıqabul, Ağsu, Ağdaş, Tərtər, Füzuli, Qax, Masallı, Lənkəran, Göygöldə dekabrın 20-də, Daşkəsən, Qazax, Şəki, Mingəçevir, Zərdab, Salyan, Xızı, Xaçmaz, Sabirabad, Şirvan, Ucar, Yevlax, Laçın (Ağcabədi), Zaqatala, Yardımlı, Lerik, Samux, İsmayıllıda dekabrın 21-də, Bakı şəhərinin rayonları, Sumqayıt, Abşeron, Şuşa, Cəbrayıl, Zəngilan rayonları üzrə isə dekabrın 24-də keçiriləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL