waplog

“BlackBerry 10” yaxın vaxtlarda təqdim ediləcək


Kanadanın "Research in Motion" şirkəti "BlackBerry 10" əməliyyat sisteminin final versiyasının təqdimatına dəvətləri paylamağa başlayıb. "BB10"-un təqdimatı zamanı onun əsasında işləyən 2 yeni smartfon da təqdim ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "RIM" şirkəti tədbir haqqında sonra daha ətraflı məlumat verəcəyinə söz verib. "BlackBerry platforması üzərində aparılan işlər planlı şəkildə həyata keçirilir. Bizim satış kanallarımız, həmçinin öz işlərini tənzimləyir və ən yaxşı qurğu və texnologiyalarımız isə artıq mobil operatorlar tərəfindən yoxlanılır" - şirkətin direktoru Torsten Heyns bildirib.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL