waplog

Dünyanın ən ağıllı İT mütəxəssisi bəlli oldu


Araşdırmalar göstərir ki, insanların 50 faizinin intellekt əmsalı (İQ) səviyyəsi 90-110 arasıdır; 2,5% insan əqli cəhətdən zəif inkişaf edib, onları İQ-su 70-dən aşağıdır, 2,5% insan isə intellekt səviyyəsinə görə əksəriyyəti qabaqlayır, onlarda bu göstərici 130-dan çoxdur, 0,5% isə dahi hesab olunurlar, onların İQ göstəricilər 140-dan çoxdur.

Hazırda sağ olan və yüksək İQ göstəricisinə malik insanların siyahısında nəhəng proqram təminatçısı olan "Microsoft" şirkətinin həmtəsisçisinin də adı var. Belə ki, Pol Allen 170 intellekt əmsalı ilə ağıllı adamların siyahısında qərarlaşıb.

Şübhəsiz ki, dünyanın ən uğurlu insanlarından biridir, çünki o, öz əqli imkanlarının bəhrəsini görə bilir və öz ağlını kapitala çevirməyə müyəssər olub. Onun var-dövlətini 14,2 milyard dollar həcmində qiymətləndirmək olar. Pol Allen dünyanın ən varlı insanlarının siyahısında 48-ci yerdədir. Onun çoxlu sayda kompaniyaları və idman komandaları var.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL