waplog

“İnformasiya cəmiyyəti və Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsinin inkişafının aktual problemləri”


"İnformasiya cəmiyyəti və Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsinin inkişafının aktual problemləri" mövzusunda Respublika elmi konfransı keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illiyinə həsr olunmuş konfransda MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli fakültənin yaranma tarixi, fəaliyyəti barədə məlumat verib.

Fakültənin inkişaf tarixində professor Abuzər Xələfovun xidmətlərinin danılmaz olduğunu söyləyən A.Əliyeva-Kəngərli AMEA prezidenti, akademik Mahmud Kərimovun təbrik məktubunu da A.Xələfova təqdim edib. Professor A.Xələfov kitabxanaçılıq fikirlərinin meydana gəlməsi, təşəkkülü, inkişafı, kitabxana və kitabxana işi haqqında kompleks elm olan kitabxanaşünaslığın bir elm kimi formalaşmasından söz açıb, kitabxanaların inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.

Sonra AMEA MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova "AMEA Mərkəzi Elmi kitabxanası dünya informasiya məkanına doğru", fakültənin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, ped.ü.f.d. Nadir İsmayılov "Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ilə AMEA MEK-in əlaqələri" mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, fakültənin elmi, tədris və bir sıra fəaliyyətləri MEK ilə qarşılıqlı olaraq həyata keçirilir. Tədbirdə çıxış edən fakültənin Kitabşünaslıq kafedrasının müəllimi, t.e.d. Bayram Allahverdiyev və pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədov fakültənin fəaliyyətinin təcrübədə tətbiqi məsələləri, bu istiqamətdə Abuzər Xələfovun gördüyü misilsiz xidmətlərdən söz açıblar. Sonda fakültənin 65 illik tarixini əks etdirən sərgi nümayiş etdirilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL