waplog

AzTU-da “Avtomatika və idarəetmənin müasir problemləri” mövzusunda konfrans keçirilib


Azərbaycan Texniki Universitetində "Avtomatika və idarəetmənin müasir problemləri" mövzusunda Respublika Elmi konfransı keçirilib. "ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov ilk çıxış edərək, avtomatik idarəetmə sistemlərinin bütün sahələrdə tətbiqindən, əhəmiyyətindən danışıb.

Sonra İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı t.e.d., professor N.Yusifbəylinin "Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı şəraitində elektroenergetika sektorunun idarəetmə sisteminin smart-texnologiyalar əsasında təkmilləşdirilməsi konsepsiyası", AzTU-nun "Avtomatika və idarəetmə" kafedrasının professoru T.Rzayevin "İdarəetmənin müasir problemləri" və həmin kafedranın professoru Q.Rüstəmovun "Klassik idarəetmənin problemləri" mövzularında məruzələri maraqla dinlənilib.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL