waplog

İT nəhəngləri "ağıllı ev" içliyi istehsalçısı uğrunda mübarizə aparır


"Ağıllı ev" üçün avadanlıq və proqram təminatı istehsal edən “R2 Studios” şirkəti İT liderlərinin diqqət obyektinə çevrilib. “The Wall Street Journal” nəşrinin məlumatına görə, “Apple”, “Google” və “Microsoft” şirkətləri bu startapla maraqlanır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru saytına istinadən bildirir ki, qəzetin yazdığına inansaq, böyük korporasiyalar “R2 Studios”u satın almaq üçün danışıqlar aparır. Şirkətin gözəçarpan nailiyyəti evdə istilik sistemi və işıqlandırmanı uzaq məsafədən idarə etməyə imkan verən “Android” üçün tətbiqdir.

Buna baxmayaraq, “R2 Studios” şirkəti interfeys və ev avadanlığına nəzarət edən elektronika ilə bağlı patent portfoliosuna malikdir. Nəşr qeyd edib ki, şirkətlərin heç biri startapı satın almaqla bağlı şərh verməyə razılaşmayıb. Onun təxmini qiyməti açıqlanmır.

EMİL

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL