waplog

“AMD” avqust ayında yeni nəsil server çiplərinin tədarükünə başlayacaq


“AMD Products Group” bölməsinin vitse-prezidenti Rik Berqman maliyyə analitikləri ilə görüşdə bildirib ki, şirkət bu yaxınlarda “Bulldozer” arxitekturasında olan server prosessorlarının tədarükünə başlayacaq.
Söhbət məhsuldar sistemlər və orta səviyyə serverləri üçün kod adı “İnterlagos” olan çiplərdən gedir. 16-ya qədər hesablama nüvəsi olan bu prosessorlar “Opteron 6100” seriyalı modelləri əvəz edəcək. “İnterlagos” istehsalında 32 nanometr texnologiyası tətbiq ediləcək.
“İnterlagos” üçün təkmilləşdirilmiş “Turbo Core” texnologiyası nəzərdə tutulub. Onun vəzifəsi cari yüklənmədən asılı olaraq ayrı-ayrı nüvələrin sürətini dinamik artırmaqdır. Bundan başqa, çiplərdə yayılan istilik enerjisinin (TDP) maksimal qiymətini idarə etmək üçün ixtisaslaşdırılmış üsullardan istifadə olunacaq. “TDP Power Cap” sistemi sayəsində korporativ istifadəçilər serverlərin maksimal enerji effektivliyini əldə etmək üçün TDP-nin qiymətini aşağı sala bilərlər. “İnterlagos” prosessorlarının tədarükünə avqust ayında başlanacaq. Onların əsasında olan sistemlərin isə cari ilin sonuna kimi bazara çıxacağı gözlənilir.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL