waplog

İranda qızıl, gümüş və qiymətli daşlar texnologiyası ilə bağlı sərgi keçiriləcək


7-10 fevral 2013-cü il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 2-ci Beynəlxalq “Qızıl, gümüş və qiymətli daşlar texnologiyası, emalatxanalar, makinalar, əlaqədar avadanlıqlar və sənaye” sərgisi keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Fonddan bildirilib ki, sərgi ilə tanışlıq və eləcə də investisiya və ticarət məsələlərilə bağlı danışıq aparmaq məqsədilə Azərbaycandan investisiya, ticarət və marketinq sahəsi üzrə nümayəndələr dəvət olunur: “Qonaqların yerləşdirilməsi və sərgiyə gediş-gəlişi ev sahibliyi edən qurum tərəfindən təmin ediləcək. Sərgi haqqında ətraflı məlumatı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən əldə edə bilərsiniz”.

Fondun iş adamlarının nəzərinə çatdırdığı növbəti elan da texnologiyalarla bağlıdır. Belə ki, 22 dekabr tarixinə qədər İran İslam Respublikasının Tehran şəhərində 19-cu Beynəlxalq “Çap, qablaşdırma və çap texnologiyaları” sərgisi davam edəcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunur. Bu sərgi haqqında da ətraflı məlumatı müvafiq səfirlik vasitəsilə əldə etmək mümkündür.

HƏQİQƏT

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL