waplog

Mobil telefonlarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi


Bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliklərlə bağlı MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, edilən dəyişiklik əsasən son vaxtlar dünyada baş verən mobil telefon oğurluqları ilə bağlıdır. Azərbaycanda bu kimi halların qarşısını almaq məqsədi ilə sözügedən dəyişikliklərin edilməsi zərurəti yaranıb. Yeni dəyişikliklərə görə, mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə ediləcək.

Bu məcəllənin 180-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi min manat miqdarında cərimə edilir. Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə isə vəzifəli şəxslərin beş min manat miqdarında, hüquqi şəxslərin iyirmi beş min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

Dəyişikliklər 2013-cü il aprelin 1-dən qüvvəyə minəcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL