waplog

Təyyarə salonunda “Wi-Fi”-ın effektivliyi kartof vasitəsilə araşdırılıb


“Boeing” korporasiyasının mühəndisləri təyyarə salonunda “Wi-Fi” siqnalının effektivliyini qiymətləndirmək üçün qeyri-adi metoda əl atıblar. Sınaqların keçirilməsi üçün kisələrə yığılmış təxminən 9 ton kartof lazım olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tərəvəzin insan orqanizmi ilə oxşar fiziki xüsusiyyətlərə malik olması məlum olub. Belə ki, onlar da insan bədəni kimi eyni keçiricilik xüsusiyyətlərinə malikdir. Toplanmış məlumatlar emal edildikdən sonra mütəxəssislər təyyarə salonunda simsiz şəbəkələrin optimal konfiqurasiyasını təyin ediblər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL