waplog

Yeni texnologiya sayəsində pambıqçılıq inkişaf etdiriləcək


Pambıqçılığın yenidən dirçəldilməsində alimlər də öz səylərini əsirgəmirlər. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri pambıqçılıqda yeni texnologiya hazırlayıblar.

Universitetin mütəxəssisi, texnika elmləri doktoru Nurəddin Məmmədov bildirib ki, yeni texnologiyada xüsusi məhlullar və texnoloji proseslər nəticəsində pambıq çiyidi lifsizləşdirilir. Lifsiz çiyidlərdən və yeni əkin üsulundan istifadə pambıq əkini zamanı tələb olunan bir sıra texnoloji əməliyyatları, xüsusilə də əl əməyini azaltmağa imkan verir.

Nəticədə təkcə əməyin yüngülləşdirilməsi hesabına pambıq istehsalına çəkilən xərclərə 1000 manatadək qənaət etmək mümkün olacaq. Lifsiz çiyidlərin səpilməsi sayəsində bitkilərin çıxışını 70%-dən 96%-dək artırmaq mümkündür.

RƏVAN

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL