waplog

Fransızlar “Retina” ekranla təchiz edilmiş planşet istehsal edəcək


Fransanın "Archos" şirkəti tezliklə "97 Titanium HD" planşetinin satışlarına başlayacaq. Planşetin ekranının diaqonalı 9,7 düym, təsvir ölçüsü 2048x1536 piksel təşkil edir və "IPS" matris mövcuddur: bu xüsusiyyətlər "iPad 4" planşetində quraşdırılmış "Retina" displeylə eynidir.

Cihaza "Android 4.1" (Jelly Bean) əməliyyat sistemi quraşdırılıb. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "97 Titanium HD" planşet kompüterinin əsasını 1.6 QHs takt tezliyində işləyən ikinüvəli A9 prosessoru, Mali 400 MP4 qrafik çipi və 1 QB əməli yaddaş təşkil edir. Daxili yaddaşın həcmi 8 QBc təşkil edir, lakin planşetə "microSD" yaddaş kartı (64 qiqabayta qədər) qoşmaq mümkündür.

Cihazın digər xüsusiyyətləri arasında 5 meqapikselli kamera, "microUSB" interfeysini, "Wi-Fi" modulunu qeyd etmək olar. "97 Titanium HD" planşetinin çəkisi 640 qram, korpusun qalınlığı isə 9 millimetr təşkil edir. Planşetin qiyməti məlum deyil.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL