waplog

ABŞ-da “Newsweek” jurnalının son çap nömrəsi çıxacaq


ABŞ-da populyar "Newsweek" jurnalının son çap nömrəsi çıxacaq. Birinci nüsxəsi 80 il bundan əvvəl işıq üzü görmüş və beynəlxalq hadisələri işıqlandıran jurnalın son çap nömrəsi "#lastprintissie" başlığı altında çıxacaq. "Newsweek" jurnalının son nömrəsinin üz qabığına nəşriyyatın Nyu-Yorkda yerləşən qərargahının ağ-qara fotosu vurulub.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, çap nəşrlərinin "ölümü" reklam gəlirlərinin azalması və auditoriyanın materialları internetdən oxuması ilə bağlıdır. "Newsweek" jurnalının Amerika versiyasının redaktoru Tina Braun bildirib ki, yeni ildən "Newsweek" yalnız internet üzərindən fəaliyyət göstərəcək.

"İnternet üzərindən fəaliyyət həyatımızı əhatə edən əhəmiyyətli dəyişiklikdir. Rəqiblərimiz də gec-tez belə addım atmalı olacaq. Biz, sadəcə, bir addım irəlidə olmaq istədik" - o bildirib. Braun bildirib ki, "Newsweek" jurnalının son çap versiyasını 2012-ci il dekabrın 31-dən etibarən satın almaq mümkün olacaq. Bundan sonra redaksiyanın xəbərləri yalnız "Newsweek Global" saytında yerləşdiriləcək.

Məlumat üçün bildirək ki, "Newsweek" jurnalının birinci nömrəsi 1933-cü il fevralın 17-də satışa çıxarılıb.

Emil Hüseynov

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL