waplog

“Rabitə-Bakı” ilin ən yaxşı klub komandası seçilib


2012-ci ildə idman sahəsində ən yaxşıların adları açıqlanıb. Gənclər və İdman Nazirliyi "Rabitə-Bakı" voleybol klubunu ilin ən yaxşı klub komandalarından biri elan edib.

Qeyd edək ki, "Rabitə" voleybol klubu 2012-ci ildə uğurlu çıxışı ilə hər kəsin diqqətini çəkib və voleybolun inkişafı istiqamətində önəmli töhfələr verib. Qətərin paytaxtı Doha şəhərində keçirilən dünya çempionatının ikincisi olan komanda, bununla da dünya çempionatında yeni rekord müəyyənləşdirib.

Belə ki, "Rabitə-Bakı" voleybol klubu 2-ci dəfə həlledici matçın iştirakçısı kimi tarixə düşüb. İndiyə kimi baş tutan çempionatlarda heç bir komanda bu cür göstərici sərgiləyə bilməyib. "Rabitə" bununla ilkə imza atmış olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL